RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar "INNOPROM.Belarus" sərgisinə dəvət olunurlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2026-cı ilin 30 sentyabr – 2 oktyabr tarixlərində Belarus Respublikasının Minsk şəhərində keçiriləcək "INNOPROM” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): maşınqayırma və sənaye avadanlıqları, metallurgiya və materiallar, kimya sənayesi, istehsalın avtomatlaşdırılması, sənaye İT həlləri, robototexnika, sənaye komponentləri və sənaye xidmətləri sahələrini əhatə edir.

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

2801

flüor, xlor, brom, yod

3925

ayrı yerdə adı çəkilməyən və təsnif olunmayan plastmasdan inşaat detalları

4291

su yolları, dəniz və çay liman qurğularının tikintisi, damba və bəndlərin tikintisi, su dibinin dərinləşdirilməsi və digər sualtı işlər, sualtı tikinti işləri, idman-turist gəmiləri üçün dayanacaqların tikintisi

6403

altlığı rezindən, plastmasdan, təbii dəri və ya dəri kompozisiyasından və üstü təbii dəridən olan ayaqqabılar

69

keramika məmulatları

73

Qara metallardan məmulatlar

85

elektrik maşınları və avadanlıqları, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları

8701

traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa)

8702

sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri

8703

əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat vasitələrindən başqa), sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla

8704

yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri

8705

xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, sərnişin və ya yük daşınması üçün istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər)

870600

8701-8705 mal mövqelərində təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli şassilər

8707

8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün kuzovlar (kabinə daxil edilməklə)

8708

8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar

8709

özüyeriyən, qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya təyyarə limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri

8716

yedəklər və yarımyedəklər; digər özüyeriməyən nəqliyyat vasitələri; onların hissələri

94

Mebel; yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan lampalar və işıqlandırıcı avadanlıqlar; üzərində ad və ya ünvan yazılmış işıq tablo və lövhələri və analoji məmulatlar; yığma tikinti konstruksiyaları

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 17 avqust 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 10 avqust 2026-cı il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.

Əlaqə vasitələri:

Tel: +99412 5980147/48 (daxili 3665)

E-mail: orkhan.mustafayev@azpromo.gov.az

Əlaqələndirici şəxs: Orxan Mustafayev