Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2026-cı ilin 30 sentyabr – 2 oktyabr tarixlərində Belarus Respublikasının Minsk şəhərində keçiriləcək "INNOPROM” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): maşınqayırma və sənaye avadanlıqları, metallurgiya və materiallar, kimya sənayesi, istehsalın avtomatlaşdırılması, sənaye İT həlləri, robototexnika, sənaye komponentləri və sənaye xidmətləri sahələrini əhatə edir.
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
2801 |
flüor, xlor, brom, yod |
|
3925 |
ayrı yerdə adı çəkilməyən və təsnif olunmayan plastmasdan inşaat detalları |
|
4291 |
su yolları, dəniz və çay liman qurğularının tikintisi, damba və bəndlərin tikintisi, su dibinin dərinləşdirilməsi və digər sualtı işlər, sualtı tikinti işləri, idman-turist gəmiləri üçün dayanacaqların tikintisi |
|
6403 |
altlığı rezindən, plastmasdan, təbii dəri və ya dəri kompozisiyasından və üstü təbii dəridən olan ayaqqabılar |
|
69 |
keramika məmulatları |
|
73 |
Qara metallardan məmulatlar |
|
85 |
elektrik maşınları və avadanlıqları, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları |
|
8701 |
traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa) |
|
8702 |
sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri |
|
8703 |
əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat vasitələrindən başqa), sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla |
|
8704 |
yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri |
|
8705 |
xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, sərnişin və ya yük daşınması üçün istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər) |
|
870600 |
8701-8705 mal mövqelərində təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli şassilər |
|
8707 |
8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün kuzovlar (kabinə daxil edilməklə) |
|
8708 |
8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar |
|
8709 |
özüyeriyən, qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya təyyarə limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri |
|
8716 |
yedəklər və yarımyedəklər; digər özüyeriməyən nəqliyyat vasitələri; onların hissələri |
|
94 |
Mebel; yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan lampalar və işıqlandırıcı avadanlıqlar; üzərində ad və ya ünvan yazılmış işıq tablo və lövhələri və analoji məmulatlar; yığma tikinti konstruksiyaları |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 17 avqust 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 10 avqust 2026-cı il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.
Əlaqə vasitələri:
Tel: +99412 5980147/48 (daxili 3665)
E-mail: orkhan.mustafayev@azpromo.gov.az
Əlaqələndirici şəxs: Orxan Mustafayev