RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İqlim innovasiyaları mövzusunda tədbir keçirilib

Tədbirdə iqlim fəaliyyətinin maliyyələşdirilməsi, iqlimə uyğun biznes modellərinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Britaniya Ticarət Palatasının təşkilatçılığı ilə Yaşıl zonada yerləşən “Ticarət və İnvestisiya Evi” stendində iqlim innovasiyaları mövzusunda tədbir keçirilib.

Panel sessiyası formatında baş tutan tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Britaniya Ticarət Palatasının Azərbaycan bölməsinin sədri Con Paterson, İqlim Fəaliyyəti Koalisiyasının sədri Kris Skidmor, Ətraf Mühitin İdarə Edilməsi və Qiymətləndirilməsi İnstitutunun direktor müavini Martin Bakster, “Cəmiyyətdə Biznes” təşkilatının iqlim fəaliyyəti direktoru Qudrun Kartrayt, Böyük Britaniya İxrac Maliyyəsi qurumunun strategiya və təsir üzrə direktoru Culia Bek iştirak ediblər.

Tərəflər iqlim fəaliyyətinin maliyyələşdirilməsi mövzusunda müzakirələr apararaq bu sahədəki boşluqların aradan qaldırılması üçün innovativ yanaşmaların tətbiqinin vacibliyini vurğulayıblar. Eyni zamanda iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün effektiv həll yollarının tapılması və bu prosesin sürətləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilib. İştirakçılar həmçinin iqlimə uyğun biznes modellərinin genişləndirilməsi, davamlı iqtisadi inkişafı təmin etmək məqsədilə yaşıl investisiyaların önəmi ətrafında müzakirə aparıblar.