EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə müzakirələr aparılıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı mövzusunda videokonfrans formatında görüş keçirilib.

Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, icracın genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Videokonfransda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən neft-qaz maşınqayırma sahəsinin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırılıb, Rusiya iş adamlarını Azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edilib.

Sonra Rusiyanın “Texnoloji Təşəbbüslər İnstitutu”nun standartlaşdırma və sertifikatlaşdırma üzrə sənaye təşkilatının təqdimatı dinlənilib, iştirakçıların sualları cavablandırılıb.