EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Business and investment opportunities in Azerbaijan were presented wihtin the Baku International IndustryConference

"Sənaye ili" çərçivəsində Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı bu gün öz işini davam etdirmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə keçirilən konfransın 2-ci günü "Azərbaycanda investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi" mövzusunda panel sessiya keçirilmişdir.
Əvvəlcə kənd təsərrüfatı, qida, sənaye, səhiyyə, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən yerli və xarici iş adamları arasında işgüzar görüşlər keçirilmiş, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikasının sənaye potensialına dair film nümayiş olunmuşdur.
Rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi panel sessiyada Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək Naxçıvan MR-nin iqtisadi göstəricilərini, sənaye sahəsində əldə etdiyi uğurları iştirakçıların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Naxçıvanda sənayenin inkişafı istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri yaradılmış, məhsul istehsalının çeşidi artmışdır. Hazırda sənayenin inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Panel sessiyada "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyətinə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, "NORM" MMC-nin kommersiya direktoru Fuad Musayev müəssisəyə dair məlumat vermişlər.
İtaliyanın "AREA Science Park"ın nümayəndəsi Stefen Teylor, Avropa İnvestisiya Bankının Şərq ölkələri və Mərkəzi Asiya departamentinin müdir müavini Cani Pietikaynen, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera isə panel sessiyadakı çıxışlarında sənaye sahəsində əməkdaşlığa dair fikirlərini bölüşmüşlər.
Bu gün həmçinin, konfrans iştirakçıları Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parklarının, "Azgüntex" MMC-nin və "Gilan" Tekstil Parkının fəaliyyəti ilə tanış olmuşlar.