EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Milli İxrac Strategiyasının layihəsi sahibkarlarla müzakirə edilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Milli İxrac Strategiyası layihəsinin sahibkarlar üçün onlayn təqdimatı keçirilib.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Milli İxrac Strategiyası barədə məlumat verib.

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, sənəd layihəsi ilə bağlı təkliflər dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Milli İxrac Strategiyası Azərbaycanda ixraca yönəlmiş iqtisadi inkişafın, o cümlədən ixracın təşviqi və hüquqi tənzimlənməsinin, həmçinin şirkətlərin ixraca istiqamətləndirməsi üçün əsas siyasət çərçivəsini müəyyən edəcək.