EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib

Martın 3-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun “İxrac təşviqinin ödənilməsi Qaydası”na həsr olunmuş seminarı keçirilib.
Tədbirdə meyvə-tərəvəz, quru meyvə, spirtli və spirtsiz içkilər, mineral sular, bal, tekstil, fındıq istehsalı və iqtisadiyyatın digər qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son illərdə ixracın stimullaşdırılması tədbirləri, bu sahədə həyata keçirilən islahatlar, sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənədin verilməsi, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi mexanizmi barədə məlumat verib, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Sonra AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin geri ödənilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə təqdimatla çıxış edib.
Seminar sual-cavab sessiyası ilə davam etdirilib.