EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Finlandiyanın Telko şirkəti Azərbaycanda regional mərkəz yaradır!

17 ölkədə fəaliyyət göstərən sənaye kimyası, polimerlər və sənaye yağlarının təchizatı üzrə dünya liderlərindən biri olan Finlandiyanın “Telko” şirkəti Azərbaycanda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə regional mərkəzin yaradılmasına qərar verib.
Bununla bağlı olaraq, 13 iyul tarixində AZPROMO ilə “Telko” arasında görüş keçirilmişdir. Görüşdə bundan sonrakı mərhələlərdə biznesin genişləndirilməsi, ölkəmizdə fəaliyyət göstərən istehsalçılarla əlaqələrin qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı xarici bazarlara çıxış əldə etmək və regionda ticarət və biznes əlaqələrini inkişaf etdirmək baxımından Azərbaycanın strateji mövqeyinin əlverişli olduğu vurğulanmışdır. Görüşdə “Telko” şirkətinin nümayəndələri Azərbaycanda istehsal olunan kimya məhsullarının şirkətin xarici ofisləri vasitəsilə dünya bazarına ixracının genişləndirilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
Tədbirdə AZPROMO və “Telko” MMC arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.