EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Invest in Azerbaijan" bülleteni oxucular tərəfindən maraqla qarşılanır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Böyük Britaniyanın nüfuzlu "Business New Europe" jurnalının birgə hazırladığı "Invest in Azerbaijan" bülleteninin 4-cü sayı nəşr olunub. Bülletenin bu dəfəki sayında Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektoruna, həyata keçirilən iri layihələrə, AZPROMO-nun fəaliyyətinə, eləcə də ölkənin tikinti, bank və lizinq sahələrinə dair məqalələr yerləşdirilib.
"Invest in Azerbaijan" bülleteni abunəçilər tərəfindən maraqla qarşılanır. Belə ki, artıq bülletenin 3500-ə yaxın xarici abunəçisi var. Bu isə, Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə olan marağın göstəricisidir.
Qeyd edək ki, bülleten xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarının və biznes dairələrinin Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya mühiti, iqtisadiyyatın prioritet istiqamətləri barədə məlumatlıq səviyyəsini daha da artırmaq məqsədilə yaradılmışdır.
Büllitenlə burda tanışa ola bilərsiniz.