EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Doing Business" hesabatı təhlil edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Doing Business" hesabatında ölkəmizdə gedən iqtisadi proseslərin qiymətləndirilməsi ilə bağlı elmi seminar keçirilib

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri, UNEC-in professor-müəllim heyəti iştirak ediblər.

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi katibi Rafail Rzayevin "Azərbaycanın "Doing Business 2019" hesabatındakı mövqeyinin müqayisəli təhlili" mövzusuna həsr etdiyi təqdimatda Azərbaycanın bu hesabatdakı yeri qonşu ölkələrlə müqayisəli şəkildə təhlil olunub. Təqdimatda ölkəmizin reytinqinin yüksəlməsini şərt­ləndirən islahatların təsiri öz əksini tapıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, "Doing Business 2019" hesabatında Azərbaycanın mövqeyinin 2017-ci illə müqayisədə 32 pillə irəliləməsi və 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ciddi nailiyyətdir. Bütün bunlar Azərbaycanda aparılan islahatların uğurunu göstərir. İştirakçıların diqqətinə "Doing Business 2019" hesabatında ölkəmizlə bağlı əksini tapan bir ifadəni çatdırıb: "Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekord nəticə ilə səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin etmişdir".

Fəxriyyə İKRAMQIZI