EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da görüş keçirilib

Dekabrın 3-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Pakistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee arasında görüş keçirilib.

Yusif Abdullayev Pakistan Respublikasının Vətən müharibəsində Azərbaycanın haqqlı mövqeyini birmənalı dəstəkləməsini vurğulayıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Səfir Bilal Hayee rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbriklərini çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iki ölkə arasında investisiya sahələrində əməkdaşlıq, o cümlədən birgə potensial ixrac və investisiya layihələri, həmçinin işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.