EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Preferensial Ticarət Sazişinə dair görüş keçirilib

Mart ayının 1-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Preferensial Ticarət Sazişi barədə sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün videokonfrans formatında görüş təşkil olunub.

Görüşdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev çıxış edərək Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə ticarətdə mallar və xidmətlərin şaxələndirilməsinin əhəmiyyəini vurğulayıb, iki ölkə arasında imzalanan Preferensial Ticarət Sazişinin iqtisadi əlaqələrə yeni inkişaf tempi gətirəcəyini qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli ticarətin sazişə uyğun olaraq təşkili və ixrac ediləcək məhsullara tətbiq olunan müvafiq kvotalar haqqında sahibkarları məlumatlandırıb.

Tədbirdə Preferensial Ticarət Sazişi ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.