EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsullarının Qətərə ixracı məsələləri müzakirə olunub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin “Ali Bin Ali” Group şirkəti arasında onlayn formatda işgüzar görüş keçirilib.

Tədbirdə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı, hər iki ölkənin səfirləri iştirak ediblər.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya potensialı, yerli məhsulların xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti haqqında məlumat verib.

“Ali Bin Ali” Group şirkətinin vitse-prezidenti Nabil Chamas təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Qətər Dövlətində səfiri Rəşad İsmayılov biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, keçirilən görüşlərin iqtisadi əlaqələrin genişləndirilməsindəki rolunu vurğulayıb.

Görüşdə Azərbaycan məhsullarının Qətərə ixracının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.