EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

RF Şimali Qafqaz Federal Dairəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Rusiya Federasiyasının (RF) Şimali Qafqaz Federal Dairəsi ilə tikinti və infrastruktur sahəsində regional əməkdaşlığın genişləndirilməsi məqsədilə videokonfrans formatında görüş keçirilib.

Tədbirdə Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev Rusiya müəssisələrinin Azərbaycan bazarına çıxışının dəstəklənməsi, biznes dairələri arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində Mərkəz tərəfindən görülən işlər barədə danışıb, sahibkarları əməkdaşlığın genişləndirilməsində fəal olmağa çağırıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev videokonfrans iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyəti, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Rusiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib.

“Roseksimbank”ın rəhbəri Azər Talıbov qeyri-neft sektorunun müxtəlif sahələrində birgə layihələr portfelinin şaxələndirilməsi istiqamətində dəstək tədbirləri barədə fikirlərini bölüşüb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.