EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Elektron dövlət qeydiyyatından istifadə mövzusunda seminar keçiriləcək

Sentyabrın 24-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar keçiriləcək.

Tədbirin təşkilində məqsəd startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də öz biznesini qurmaq istəyən şəxslərin elektron dövlət qeydiyyatı sistemi barədə məlumatlandırılması və onları bu sistemdən istifadəyə təşviq etməkdir.

Onlayn seminara qatılmaq istəyən sahibkarlıq subyektləri və startaplar aşağıdakı linkdən istifadə etməklə tədbirdə iştirak üçün qeydiyyatdan keçə bilərlər:

https://zoom.us/j/96217442769?pwd=azA3bVA2SVZZUzZFeXhEMTFpNGxtQT09

Meeting ID: 962 1744 2769

Passcode: 026026