EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar B2B görüşlərə dəvət olunurlar

17-18 iyul 2023-cü il tarixlərində Bakı şəhəri “Fairmont Baku” hotelində İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası keçiriləcək.

 

Görüş çərçivəsində ölkəmizdə səfərdə olacaq Palata nümayəndələri ilə yerli sahibkarlar arasında B2B görüşlərin təşkil olunması nəzərdə tutulub. Nümayəndə heyətinin tərkibində informasiya texnologiyaları, tekstil, cərrahi mallar, əczaçılıq məhsulları, meyvə-tərəvəz, pambıqçılıq, düyü, mebel avadanlıqları və s. kimi müxtəlif sektorların tanınmış iş adamları təmsil olunacaq. Görüşün əsas məqsədi – yerli və xarici sahibkarları bir araya toplayaraq, İslam ölkələri arasında ticarət və iqtisadi əlaqələrin qurulması və biznes münasibətlərinin inkişafına töhfə verməkdir.

Tədbirin gündəliyi ilə bu link vasitəsi ilə tanış ola bilərsiniz.

 

Son qeydiyyat tarixi: 14 iyul, saat 17:00

Əlaqələndirici şəxs: Nigar Mehtiyeva

E-mail: nmehtiyeva@ask.org.az

Tel.:  +994 12 465 76 92 (119)

Mob.: +994 51 229 97 22