EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar İƏT Biznes Forumuna dəvət olunur

Bu ilin noyabrın 8-də Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində "Kiçik və orta biznes – İƏT ölkələrində iqtisadi inkişafın və tərəqqinin drayveri" mövzusunda 5-ci İƏT Biznes Forumu keçiriləcək.

 

Tədbirdə Özbəkistan hökuməti və İƏT-in rəsmiləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və İranın ticarət və sənaye palatalarının rəhbərlərinin məruzi ilə çıxışları nəzərdə tutulub. Bununla yanaşı, biznes forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

 

Forumda iştirak etmək istəyən sahibkarlar İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya müraciət edə bilərlər.

 

Əlaqə:

 

Gülxas Nəsirova

Tel: (+994 12) 598 01 47 (daxili - 3644)

E-mail: gulkhas.nasirova@azpromo.gov.az