EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Misirdə keçiriləcək beynəlxalq sərgilərə dəvət olunur

Cari ilin 7-10 dekabr tarixlərində Misirin Qahirə şəhərində 1-ci Beynəlxalq Şüşə Sərgisi ("Glass Show 2023") və 8-ci Taxta Məhsulları Sərgisi ("Wood Show 2023") keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirlərdə iştirak etməyə dəvət olunur.

“Qumdan ələ: Maşın avadanlığı - Rəqəmsallaşma - Avtomatlaşdırma” mövzusuna həsr olunan "Glass Show 2023"də şüşə sənayesinin geniş çeşidli yeni və qabaqcıl məhsulları, "Wood Show 2023"də isə mebel sənayesinin məmulatları nümayiş olunacaq.

Builki sərgilərdə iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: munavvar.gojayeva@azpromo.gov.az

Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 67)

Əlaqələndirici şəxs: Münəvvər Qocayeva.