EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar beynəlxalq sərgiyə dəvət olunur

MDB-yə üzv dövlətlərin illik Beynəlxalq İqtisadi Forumunun genişləndirilmiş tədbirlər proqramı çərçivəsində bu ilin 21-24 mart tarixlərində Moskvada Avrasiya Yüngül Sənaye Sammiti keçiriləcək.

 

Sammit tədbirlərinin formatına dövlətlərarası sənaye görüşü, Avrasiya regionu ölkələrində yüngül sənayenin inkişafının ən aktual məsələlərini əhatə edən işgüzar proqram, eləcə də sənayenin bütün seqmentlərindən olan məhsul, xammal və texnologiyaların beynəlxalq sərgisi daxildir.

 

Sərgi iştirakçılarına məhsulların nümayişi, həmçinin alıcı və təchizatçılarla danışıqların aparılması üçün əlverişli şərait yaradılacaq.

 

Yüngül sənayenin potensialını daha səmərəli təqdim etmək üçün sərgi ekspozisiyasında iştirakçı ölkələrin milli stendləri, regionların kollektiv ekspozisiyaları, ixtisaslaşmış assosiasiyalar və birliklər yer alacaq. İxtisaslaşdırılmış bölmələrdə istehsal müəssisələrinin fərdi stendləri təqdim olunacaq ki, burada ayaqqabılar, çantalar, dəri məmulatları, geyim, tekstil materialları, xəz və digər məhsullar nümayiş olunacaq.

 

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

 

E-mail: gulkhas.nasirova@azpromo.gov.az 

Tel. (+99412) 598-01-47/48 (daxili - 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.