EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Daşkənddə keçiriləcək səhiyyə sərgisinə dəvət olunur

Bu ilin 16-18 aprel tarixlərində Özbəkistan paytaxtında 28-ci Daşkənd Beynəlxalq Səhiyyə Sərgisi (“TIHE 2024”) keçiriləcək.

 

Builki sərgi “Tibbi avadanlıqlar”, “Laboratoriya avadanlıqları”, “Stomatologiya, “Estetik tibb”, “Dərman vasitələri” və “Əczaçılıq sənayesi üçün avadanlıq və texnologiyalar” bölmələrindən ibarət olacaq. Bundan başqa, sərgi çərçivəsində elmi-praktik proqram təşkil olunacaq, ziyarətçilər seminar və ustad dərslərində iştirak edib, tibb sahəsinin aparıcı mütəxəssisləri ilə ünsiyyət qura biləcəklər.

 

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

 

E-mail: gulkhas.nasirova@azpromo.gov.az

Tel. (+994 12) 598-01-47/48 (daxili - 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.