EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan şirkətləri Misirə investisiya yatırmağa dəvət olunur

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Misirin investisiya imkanlarında maraqlı olan Azərbaycan sahibkarları ölkənin iplik pambıq, sintetik liflər, geyim, əczaçılıq, kağız, soda, avtomobil şinləri, avtomobillər və neft emalı sahələrinə sərmayə yatırmağa dəvət olunur. 

Fürsətlər və qeyd olunan sahələrdə nəzərdə tutulan xüsusi investisiya təşviqləri ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

İddiaçılar İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə müraciət edə bilərlər:

E-mail: munavvar.gojayeva@azpromo.gov.az

Tel: (+994 12) 598-01-47 (daxili – 3667)

Əlaqələndirici şəxs: Münəvvər Qocayeva