Bu ilin 16-17 oktyabr tarixlərində Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Pərakəndə Bazar Ekspertləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Daşkənd şəhərində “Central Asia Retail Week 2024” beynəlxalq elektron və pərakəndə ticarət forumu keçiriləcək.
Tədbir ticarət sahəsində dövlət qurumları və aparıcı pərakəndə satış şəbəkələrinin rəhbərlərini, istehsalçı və təchizatçıları, bank sektorunun nümayəndələrini, analitikləri və pərakəndə sektorun ekspertlərini bir araya gətirəcək. Belə ki, müasir pərakəndə ticarətin inkişafının ən mühüm sahələrinə həsr olunmuş strateji sessiyalara və müzakirə platformalarına 200-dən çox məruzəçi və 1 500-dək iştirakçı qatılacaq.
Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları www.retailweek.uz səhifəsində qeydiyyatdan keçə bilərlər.
Ətraflı:
E-mail: iv@retailevent.ru;
Tel.: (+7 916) 542 04 99;
Əlaqələndirici şəxs: İrina Vasina.