Bu ilin 26 noyabr tarixində Bakıda elektron ticarət və ixracat sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Turan E-ticarət və E-ixracat Forumu” keçiriləcək. Forumun məqsədi “Made in Turan” markası altında türk dövlətlərinin məhsullarının qlobal bazarlara çıxışını təşviq etmək və bu sahədə əməkdaşlığı gücləndirməkdir.
Forumda “S-Ticarət və ya E-ticarət”, “Azərbaycan Qlobal tədarük zənciri olmaq yolunda – Alat Free Economic Zone” və “E-ticarət Platformaları” kimi mövzularda panellər təşkil olunacaq.
Sahibkarlar bu link vasitəsilə tədbir haqqında ətraflı məlumat əldə edə və qeydiyyatdan keçə bilərlər.
Tel.: (+994 99) 899-79-01.