EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“EY İlin İş Adamı 2026” müsabiqəsinə ərizə qəbulu başlayıb

ABB-nin baş sponsorluğu, bp şirkətinin sponsor dəstəyi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), “Finansist” jurnalı, “Ekvita” və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizələrin qəbuluna start verilib. Ərizə qəbulu 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

40 ilə yaxındır təsis olunan “EY İlin İş Adamı” proqramı cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yüksəltməyə töhfə verən, innovativ həllər təqdim edən, yeni iş yerləri yaradan və fəaliyyət göstərdikləri sahələri təkmilləşdirən uğurlu sahibkarların nailiyyətlərini tanıyır. 2019-cu ildən etibarən müsabiqədə iştirak edən 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə edib. Müsabiqənin əsas məqsədi sahibkarlığın inkişafını təşviq etmək, iş adamlarının uğur hekayələrini bölüşmək və onların beynəlxalq biznes şəbəkəsinə çıxışına dəstək göstərməkdir.

Fərqli nominasiyalar üzrə qaliblər, eləcə də milli qalib, ölkənin sahibkarlıq arenasında ən önəmli tədbirlərdən biri hesab edilən Qala mərasimində elan olunacaq. Milli mərhələnin qalibi 2026-cı ilin iyun ayında Monakoda keçiriləcək “Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Müsabiqədə iştirak üçün şərtlər:

  • Namizəd şirkətin ideya müəllifi və əsas maliyyə investoru olmalıdır (ailə biznesini davam etdirən şəxslər müsabiqədə iştirak edə bilməzlər);
  • Namizədin şirkətdəki payı ən azı 20% təşkil etməlidir;
  • Son iki ildə şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300 000 AZN – 30 milyon AZN aralığında olmalıdır;
  • Şirkət ən azı iki il fəaliyyət göstərməlidir;
  • Şirkətin ən azı beş rəsmi qeydiyyatda olan işçisi olmalıdır.

Namizədlər aşağıdakı əsas göstəricilər üzrə qiymətləndiriləcək:

  • Sahibkarlıq ruhu və idarəetmə bacarığı;
  • İnnovasiya və yenilikçilik;
  • Biznesin inkişafı və dəyərin yaradılması;
  • Sənayeyə təsirlər və uzunmüddətli inkişafa töhfələrin verilməsi.

Qeydiyyat üçün www.eoy.az saytına keçid edin.

Proqram haqqında ətraflı məlumat üçün:

Veb-sayt: www.eoy.az
Instagram: https://www.instagram.com/eoy_azerbaijan
Facebook: https://www.facebook.com/share/1BEutZg6wZ
Telegram: https://t.me/eoy_azerbaijan
Telegram Bot: https://t.me/eoy_assistant_bot