EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Seneqalda strateji enerji layihələri üzrə tenderdə iştirak etməyə dəvət olunur

Seneqal milli enerji təhlükəsizliyini gücləndirmək və "Gas-to-Power" strategiyasını reallaşdırmaq məqsədilə beynəlxalq investorları və ixtisaslaşmış şirkətləri aşağıdakı layihələrdə iştirak etməyə dəvət edir. 

Birinci layihə çərçivəsində FONSIS tərəfindən 500 MVt gücündə təbii qazla işləyən elektrik stansiyasının inşası, maliyyələşdirilməsi və istismarı üçün investor seçimi həyata keçirilir. Maraqlı tərəflər niyyət məktubu və şirkət təqdimatından ibarət müraciət sənədlərini 20 mart 2026-cı il, Bakı vaxtı ilə saat 16:00-dək PDF formatında centrale500mw@fonsis.org  elektron ünvanına göndərməlidirlər. 

İkinci layihə SENELEC (Seneqal Milli Elektrik Şirkəti) tərəfindən elan edilmiş 2026-cı il üzrə 01 nömrəli Beynəlxalq Açıq Tender (AAOI №01-2026) olub və ümumi gücü 500 MVt olan günəş fotoelektrik stansiyalarının və 400 MVt-saat saxlama sistemlərinin tikintisini əhatə edir. Bu tenderdə iştirak etmək istəyənlər tender sənədlərini əldə etmək və təkliflərini təqdim etmək üçün SENELEC-in Dakar şəhərində yerləşən mərkəzi ofisinə (Résidence KHOUDIA, 2-ci mərtəbə,  64 Rue Carnot x Avenue Prufert, Dakar, Sénégal) müraciət etməlidirlər.

Namizəd şirkətlər son üç il üzrə minimum 380 mlrd. Qərbi Afrika CFA frankı (F.CFA)* illik dövriyyəyə, 63 mlrd. F.CFA məbləğində kredit xəttinə və 8 mlrd. F.CFA məbləğində tender zəmanətinə malik olmalıdırlar. Tender sənədlərinin alınması üçün 50 min F.CFA rüsum ödənilməli və təkliflər bağlı zərfdə 22 aprel 2026-cı il, Bakı vaxtı ilə saat 13:30-dək yuxarıda qeyd olunan fiziki ünvana təqdim olunmalıdır.

Əlavə suallar və texniki məlumatlar üçün SENELEC-in Satınalmalar departamenti ilə notificationcom@senelec.sn  elektron ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

*1 F.CFA - ∼ 0.0030 AZN (18.03.2026)