EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“PowerChina Resources” şirkəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Çinin “PowerChina Resources” şirkəti ilə enerji, mineral resurslar və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Resources” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, enerji ixracı imkanları barədə məlumat verilib.

Tərəflər Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı günəş və külək elektrik stansiyalarının inşası üzrə görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, həmçinin enerji, mineral resurslar və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində birgə fəaliyyət imkanlarna dair fikir mübadiləsi aparılıb.