EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Austria Business Forum held in Baku

İyunun 3-də Avstriya Respublikasının Elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin ölkəmizə səfəri çərçivəsində  İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya Biznes Forumu keçirilmişdir.

Görüşdə hər iki tərəfdən rəsmi şəxslərə yanaşı kənd təsərrüfatı və qida sənayesi, tikinti, sənaye, İKT, konsaltinq, maliyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən  90-a yaxın  iş adamı iştirak etmişdir.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizdə İKT sahəsinin sürətli inkişafı dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını daha da artırırr.  İKT xidmətlərinin genişləndirilməsinin, informasiya və bilik bazarının inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd edən Elmir Vəlizadə vurğulamışdır ki, İKT-nin inkişafı, xüsusilə yüksəksürətli, genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr mühüm əhəmiyyətə malikdir.

Avstriya Respublikasının elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya üzrə müavini xanım Bernadette Qierlinqer sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırmışdır. Avstriyanın Azərbaycanla ikitərəfli  əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulanmışdır.

Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat vermişdir. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri Avstriya iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
   Sonra Avstriya Federal Ticarət Palatasının  MDB üzrə regional meneceri Michael Angerer ölkəsinin iqtisadiyyatı, biznes mühiti və tədbirdə iştirak edən Avstriya şirkələrinə  dair məlumat vermişdir.

 

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.