EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

There is huge interest in local products in "Gulfood 2017"

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Xüsusi tərtibatda hazırlanmış 128 kvadrat metrlik Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli məhsullarımız meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.
Sərgi çərçivəsində Azərbaycanın “Azprotein” şirkəti ilə BƏƏ-nin “General Tradeing Company” şirkəti arasında Dubaya ət ixracına dair Müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın “Asico” şirkəti Küveytə meyvə-tərəvəz, “AHEC” şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, “Astara tea” və “Kercom” isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, “Gulfood 2017” sərgisi martın 2-dək davam edəcək. İqtisadiyyat Nazirliyi tərəfindən sərgidə iştirak edəcək şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət “Gulfood 2017”də iştirak etmək hüququ qazanıb. “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.