EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

2 contract signed on export of hazelnut from Azerbaijan at "Worldfood Moscow"

Rusiyada keçirilən 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə ölkəmizin "Made in Azerbaijan" vahid ölkə stendi sərgi ziyarətçiləri, xüsusilə də müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən maraqla qarşılanıb.
Milli üslubda hazırlanmış Azərbaycan stendini ziyarət edənlərə 30-dan çox ixracatçı şirkətimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb. Azərbaycan mətbəxi, milli musiqimiz və rəqslərimiz, qədim xalçaçılıq sənətinin əyani nümayiş olunması sərgi ziyarətçilərində böyük təəssürat yaradıb. Ziyarətçilər Azərbaycan stendində nümayiş olunan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsullarına dair geniş məlumat almaq və onları dadmaq imkanı əldə ediblər.
Sərginin açılış mərasimindəki çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahil Babayev qarşılıqlı dostluq və faydalı tərəfdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan - Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanın ilk dəfə olaraq "Worldfood Moscow" Sərgisinin ekskluziv partnyoru olduğunu diqqətə çatdırıb.
Sərginin rəsmi açılışından sonra Rusiya Federasiyasının, eləcə də sərgi iştirakçısı olan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olublar.
"Worldfood Moscow" çərçivəsində Azərbaycan məhsullarına böyük maraq göstərilir. Artıq Azərbaycanın "Azərstar" MMC şirkəti ilə Rusiyanın 2 şirkəti arasında yerli fındığın bu ölkəyə ixracına dair müqavilələr imzalanıb.
Rusiyanın kütləvi informasiya vasitələri də "Made in Azerbaijan" stendinə böyük maraq göstərirlər.