Məlumat verildiyi kimi, bu ilin ilk xrac missiyası Rusiya Federasiyasının Həştərxan vilayətinə təşkil edilib. İxrac missiyasına ölkəmizdə emal və kənd təsərrüfatı, yüngül sənaye, fındıq emalı , tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.
Bu gün AZPROMO-nun təşkilatçılığı ilə Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib. 40-a yaxın Rusiya şirkətinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycan məhsulları barədə məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin, xüsusilə ixracın genişləndirilməsinə dair müzakirələr aparılıb.