Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)
nümayəndələri Vilnüsdə Litva Kənd Təsərrüfatı, İnnovasiyalar və İqtisadiyyat
nazirliklərində və Ticarət Palatasında görüşlər keçirib.
Görüşlərdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, yerli
məhsulların xarici ölkələrdə təşviqi və ixrac coğrafiyasının genişləndirilməsi
istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verilib, qarşılıqlı
ticarət və investisiya potensialının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.