EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Lithuania business meeting held

Mayın 5-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Litva şirkətlərinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermiş və litvalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas Azərbaycan-Litva iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, litvalı iş adamlarının sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.

 

Görüşdə sənaye, qida, energetika, tikinti və s. sahələrdə fəaliyyət göstərən Litva şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.