EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Egipt business meeting held in Baku

Turizm sahəsində fəaliyyət göstərən iş adamları AZPROMO-da olmuşlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Misir işgüzar görüşü keçirilmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə misirli qonaqlara məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamışdır. Böyük turizm potensialına malik olan Azərbaycanla Misir arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, misirli iş adamlarını bu sahədə azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Misirin Cənubi Sinay Höküməti Ədliyyə Nazirinin konsulu Valeed-əl Sebai Sinay vilayətinin turizm ehtiyatları və yaradılmış turizm infrastrukturu barədə geniş məlumat vermiş, Azərbaycanla Misir arasında turizm sahəsində əməkdaşlıq imkanları barədə danışmışdır.
Görüşdə, hər iki ölkəni təmsil edən turizm sektorunda fəaliyyət göstərən iş adamları öz fəaliyyətləri barədə məlumat vermiş, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparmışlar.