EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-US Business Meeting was held in Baku

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan-ABŞ işgüzar görüşü keçirilmişdir.
Noyabrın 19-da Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq miqyasda iqtisadi əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, bu məqsədlə işgüzar dairələrin iştirakı ilə təşkil edilən tədbirlərin əməkdaşlığın dərinləşməsində əhəmiyyətini vurğulamışdır. Nazir müavini həmçinin, Azərbaycan iqtisadiyyatı, yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin ABŞ-la ticarət-iqtisadi əlaqələri barədə məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda 235 ABŞ şirkəti qeydiyyatdan keçmişdir. ABŞ şirkətləri tərəfindən qeyri-neft sektoruna 1 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artmışdır. Sahil Babayev bu gün keçirilən işgüzar görüşün də iki ölkə arasında iqtisadi sahədə əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyini qeyd etmişdir.
ABŞ-ın ticarət departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli iki ölkənin iqtisadi əlaqələrinə dair məlumat vermiş, ABŞ iş adamlarının Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirmişdir. Maykl Lalli Azərbaycanın biznes imkanları barədə ABŞ şirkətlərinin məlumatlandırılması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamış, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən AZPROMO tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermiş, ABŞ sahibkarlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
İşgüzar görüş iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.