EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan "Russia Halal Expo 2024" sərgisində təmsil olunur

Beynəlxalq sərgidə iştirak edən Azərbaycanın ölkə stendində yerli məhsullarımız təqdim olunur, ölkəmizin biznes və investisiya imkanları haqqında geniş məlumat verilir.

 

Rusiyanın ən böyük investisiya və infrastruktur layihələri sərgisi olan “Russia Halal Expo 2024” Tatarıstan Respublikasının Kazan şəhərində işə başlayıb.

 

Tədbirdə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları vahid ölkə stendində təqdim olunur. Stenddə sahibkarlar tərəfindən ölkəmizdə istehsal olunan tekstil, çay, fındıq, qənnadı məmulatlar, ədviyyatlar, eləcə də müxtəlif ət və ət məhsulları sərgi iştirakçılarına nümayiş olunur.

 

Sərgidə həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın iqtisadi imkanları, o cümlədən investisiya və ixrac perspektivləri, turizm sahəsinin potensialı, eləcə də investorlara təklif olunan imtiyazlar barədə məlumat verilir.

 

Qeyd edək ki, ənənəvi “Russia Halal Expo” sərgisi “Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində təşkil olunur. Sərgi biznes layihələrinin təşviqi və inkişafı, o cümlədən MDB və digər ölkələrin halal sənayelərinin potensialını nümayiş etdirmək üçün effektiv platforma kimi xidmət edir.