EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsinin qeydiyyatına start verilib

“Award Organizers Group”un təşkilatçılığı, “Caspian Energy Club”, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun rəsmi dəstəyi ilə 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsinin qeydiyyatına start verilib.

Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2024-cü ilin 50 tanınan brendləri sırasına daxil ola bilərlər. Səsvermə dekabr ayında müstəqil beynəlxalq platformada keçiriləcək. Sorğuda iştirak etmək üçün şirkətlər öz brendlərini dekabr ayına qədər təqdim edə bilərlər.

Səsvermənin nəticələri yanvar ayında 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsinin mükafatlandırma mərasimi çərçivəsində açıqlanacaq.

“Caspian Energy Club”ın üzvləri statuslarına uyğun olaraq brendlərini qeydiyyatdan keçirə bilərlər. Müsabiqə bitdikdən sonra yalnız səsvermədə iştirak edən şirkətlər brendlərin coğrafi və demoqrafik reytinqini əldə etmək hüququna malik olacaqlar.

“Caspian Energy Club” üzvləri üçün namizəd brend sayı (statusa uyğun):

Premium üzv: 50 brend

Platin üzv: 24 brend

Qızıl üzv: 12 brend

Gümüş üzv: 6 brend

Şəbəkə üzv: 1 brend

"Caspian Energy Club" üzvləri üçün iştirak pulsuzdur.

“Caspian Energy Club”ın Premium, Platin, Qızıl, Gümüş üzvləri üçün əlavə brendin iştirak haqqı 100 AZN + 18 % ƏDV təşkil edir.

“Caspian Energy Club”ın şəbəkə üzvləri üçün əlavə brendin iştirak haqqı 300 AZN + 18 % ƏDV təşkil edir.

“Caspian Energy Club”a üzv olmayan şirkətlər üçün bir brendin iştirak haqqı: 600 AZN +18% ƏDV təşkil edir.

Qeydiyyat üçün www.brandaward.az saytına keçid edin.

Tel: (+994 77) 446 00 30

Əlaqələndirici şəxs: Nigar Zeynalova