EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO “Azerbaijan Business Award 2024” mükafatına layiq görülüb

AZPROMO ixrac və investisiyaların stimullaşdırılması sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olunub.

Bakıda “Azerbaijan Business Award 2024” milli mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının və özəl şirkətlər nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər iştirak edib.

Azərbaycanda ixracın və investisiyaların təşviqi sahəsində əldə etdiyi yüksək nəticələrə görə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO “Azerbaijan Business Award” milli mükafatına layiq görülüb. Mərasim çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər və təşkilatlar mükafatlandırılıb.