EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və ICC arasında görüş keçirilib

Tərəflər arasında iqlim maliyyəsi və yaşıl iqtisadiyyatın inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda təşkil olunan COP29 tədbiri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Denton arasında görüş keçirilib. Görüşdə hər iki tərəf mümkün tərəfdaşlıq, birgə fəaliyyət və təşəbbüslər barədə müzakirələr aparıb.

AZPROMO tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlı inkişafı təşviq etmək və Azərbaycan iqtisadiyyatının yaşıl inkişafına töhfə vermək məqsədilə COP29 çərçivəsində həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb, ölkəmizin biznes imkanları və investisiya mühiti haqqında məlumat verilib.

Görüşdə həmçinin ICC tərəfindən Azərbaycanda ofisinin açılması təklif edilib. AZPROMO iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hesab olunan bu təşəbbüsü dəstəkləmək üçün lazımi addımları atmağa hazır olduğunu ifadə edib.