EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sərgi təşkil edilib

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə dövlət qurumları, agentliklər, özəl şirkətlər və startaplar fəaliyyət istiqamətləri barədə məlumat veriblər və potensial layihələrini təqdim ediblər.

22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) çərçivəsində ölkəmizdə iqtisadiyyatın prioritet sahələri üzrə mövcud və perspektiv investisiya imkanlarını əks etdirən genişmiqyaslı sərgi təşkil olunub. Sərgidə bir sıra dövlət qurumları, agentliklər, özəl şirkətlər və startaplar müxtəlif tematik zonalarda fəaliyyət istiqamətləri barədə məlumat veriblər, potensial layihələrini təqdim ediblər.

Ziyarətçilərə kimya və emal sənayesi, yaşıl enerji, sənaye 4.0 və rəqəmsallaşma, yaşıl enerji, maliyyə texnologiyaları və elektron ticarət, aqrotexnologiyalar və ağıllı kənd təsərrüfatı, su resurslarının idarə olunması, turizm və regional inkişaf, daşınmaz əmlak və şəhərsalma, həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində görülən işlər barədə videoçarxlar, interaktiv təqdimatlar, məhsul nümunələri və maketlər nümayiş etdirilib.

Sərgi iştirakçıları Azərbaycanın mövcud və perspektivli investisiya layihələri, nəqliyyat-logistika potensialı, iqtisadi zonalar, əlverişli investisiya mühiti haqqında ətraflı məlumat əldə ediblər.