EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İsrail səfiri ilə görüş keçirilib

Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsrail arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti barədə məlumat verib.

Səfir Ronen Krausz son dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu dinamikanın həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şərait yaratdığını qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və İsrail arasında potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı, informasiya texnologiyaları, su ehtiyatlarının idarə edilməsi və innovasiyalar kimi sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsi, biznes missiyaların təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.