Azərbaycan şirkətləri sərgidə vahid ölkə stendi ilə təmsil olunurlar.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində “Cityscape Global 2025” beynəlxalq əmlak və tikinti sərgisi keçirilir. Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi, Azərbaycan İxracatçılar Klubu (AİK) və “Profex Group”un təşkilatçılığı ilə Azərbaycanın tikinti və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən 6 şirkəti “Made in Azerbaijan” stendi ilə təmsil olunur.
Stenddə şirkətlərin icra etdiyi layihələr, görülən işlər barədə videoçarxlar, interaktiv təqdimatlar, tikinti nümunələri və maketlər nümayiş etdirilir. Dörd gün davam edən sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq, investisiya və xidmət ixracı perspektivləri ətrafında danışıqlar aparılır.