EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər üzrə seminar keçiriləcək

Azərbaycanın istehsalçı şirkətləri 2025-ci ilin 26 dekabr tarixində Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunacaq “Türkiyəyə ixracat: bazara giriş prosedurları” mövzusunda keçiriləcək seminarda iştirak etməyə dəvət olunur.

Tədbir zamanı Azərbaycan ixracatçılarına Türkiyə bazarına giriş və satış prosedurlarına dair Türkiyənin ixtisaslaşmış məsləhətçi şirkəti və sözügedən sahənin mütəxəssisləri tərəfindən müvafiq təlimlərin təqdim edilməsi nəzərdə tutulur.

Təlim Bakı Biznes Mərkəzində, saat 10:00-dan 17:00-dək keçiriləcəkdir.

Seminar çərçivəsində iştirakçılara aşağıdakı mövzular üzrə ətraflı məlumat təqdim ediləcəkdir:

 

  • Türkiyə Respublikasının gömrük sistemi, idxal və ixrac prosedurları
  • Türkiyədə məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.)
  • Məhsulların Türkiyəyə çatdırılması ilə bağlı logistika və daşınma prosedurları
  • Türkiyə bazarında satış kanalları və bazara giriş strategiyaları
  • Rəqəmsal satış imkanları və e-ticarət platformaları ilə əməkdaşlıq mexanizmləri
  • Real praktiki nümunələr (case study) əsasında təlimlərin keçirilməsi
  • Türkiyə qanunvericiliyinə uyğun ticarət müqavilələri və hüquqi çərçivə üzrə məlumatlandırma

 

Qeyd: Seminar başa çatdıqdan sonra altı (6) ay müddətində seçilmiş iştirakçıların ixrac fəaliyyəti ilə bağlı yazılı müraciətləri çərçivəsində təqdim olunan suallar ödənişsiz şəkildə ekspertlər tərəfindən cavablandırılacaqdır.

İxracatçıları seminarda iştiraka dəvət edirik.

 

Əlaqələndirici şəxs: Kənan Müzəffərli

Mobil nömrə: +994 50 260 01 16

Qeydiyyat linki: https://forms.office.com/r/af1mvSCaM1