EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-nun yaradılmasından 7 il ötür

Azərbaycan Respublikası Prezidentinin “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yaradılmışdır.    

Xatırladaq ki, AZPROMO 2003-cü ildən 2018-ci ilədək qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu kimi fəaliyyət göstərmiş, 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən sözügedən Fond ləğv edilmiş və publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO təsis olunmuşdur.