EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

AZPROMO-da Pakistan nümayəndə heyəti ilə keçirilən görüşdə Pakistan şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda yaradılan infrastruktur, investorlar üçün tətbiq olunan güzəştlər, eləcə də Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Tərəflər sənaye infrastrukturu, tekstil və geyim istehsalı, pərakəndə satış, qida məhsulları, səhiyyə texnologiyaları, tibbi turizm və daşınmaz əmlak sahələrində mümkün tərəfdaşlıq istiqamətlərini qiymətləndirib, məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Həmçinin Pakistan tərəfi bu ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub.