EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

WAIPA-nın icraçı direktoru ilə görüş keçirilib

Özəl Sektor Forumu çərçivəsində AZPROMO ilə WAIPA arasında keçirilən görüşdə əməkdaşlığın genişləndirilməsi, investisiya təşviqi sahəsində təcrübə mübadiləsi və “AIIF 2026”nın beynəlxalq platformalarda təşviqi imkanları müzakirə olunub.

16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunda (“PSF 2026”) İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) icraçı direktoru İsmail Erşahin ilə görüş keçirilib.

Görüşdə AZPROMO ilə WAIPA arasında əməkdaşlığın cari vəziyyəti, investisiya təşviqi sahəsində təcrübə mübadiləsi və beynəlxalq platformalarda birgə iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, AZPROMO-nun WAIPA-nın Mərkəzi Asiya üzrə növbəti dəfə regional direktoru seçilməsi Agentliyin beynəlxalq investisiya təşviqi şəbəkəsində rolunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tərəflər bir-birini təşkil etdikləri nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu xüsusda WAIPA tərəfindən iyunun 25-də Cenevrədə keçiriləcək investisiya təşviqi üzrə master-klas və 25-26 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2026”) qeyd edilib.

Görüşdə həmçinin qlobal investorlarla əlaqələrin genişləndirilməsi və “AIIF 2026"nın WAIPA-nın təşkil etdiyi beynəlxalq platformalarda təşviqi imkanları müzakirə edilib.