EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Özəl Sektor Forumu çərçivəsində ölkə təqdimatı ilə çıxış edib

Özəl Sektor Forumu çərçivəsində keçirilən sessiyada İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrin prioritet investisiya imkanları, sektor strategiyaları, həyata keçirilən islahatlar və özəl sektor üçün yaradılan imkanlar təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunda (“PSF 2026”) ölkə təqdimatları sessiyası təşkil edilib. Tədbirdə dövlət qurumları, investisiya təşviqi agentlikləri, maliyyə institutları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sessiyada İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkə təqdimatı ilə çıxış edərək ölkəmizin əlverişli investisiya mühiti, biznes və logistika potensialı barədə məlumat verib.

Tədbirdə Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, Malayziya, Mavritaniya və Kot-divuarın nümayəndələri ölkələrinin investisiya gündəliyi, milli inkişaf planları, prioritet sektorları və özəl sektorla əməkdaşlıq perspektivlərinə dair təqdimatlar keçiriblər.