EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Abu-Dabi İnvestisiya Ofisi ilə görüş keçirilib

Görüşdə AZPROMO və Abu-Dabi İnvestisiya Ofisi arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran prioritet istiqamətlər və mümkün birgə təşəbbüslər müzakirə olunub.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Abu-Dabi İnvestisiya Ofisinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri və bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib.

Müzakirələr zamanı iki qurum arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mümkün birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək razılığına gəliblər.