Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya
Strategiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi və beynəlxalq müstəvidə ölkənin cəlbedici investisiya məkanı kimi imicinin formalaşdırılması məqsədilə hazırlanmışdır.
8 may 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişi”ndə nəzərdə tutulan tədbirlərdən biridir. Layihə Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlanır və 2021-2025-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Strategiya xarici investisiyalar vasitəsi ilə qabaqcıl texnologiyalar və təcrübəni cəlb etməklə ölkədə idxal əvəzləyici və ixracyönümlü məhsul və xidmətlərin istehsalının inkişafına, o cümlədən qeyri-neft sektorunun ixrac potensialının artırılmasına yönəldilmişdir.
BXİ cəlbi üzrə strategiyasının həyata keçirilməsi ilə bağlı gözlənilən nəticələr:
- İqtisadiyyatın diversifikasiyasının gücləndirilməsi;
- qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul və xidmətlərin istehsalının artırılması;
- dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi prosesinin gücləndirilməsi.