Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir.
AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nizamnaməsi təsdiq olundu.
Missiyamız
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” prinsipi əsasında xidmət göstərmək və dəstək verməkdir.
İstiqamətlərimiz:
-
Qeyri-neft ixracının stimullaşdırılması;
-
Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi;
-
Yerli və xarici biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi;
-
Azərbaycanda və xaricdə genişmiqyaslı tədbirlərin təşkili.
Üstünlüklərimiz:
- Çoxşaxəli beynəlxalq şəbəkə sisteminə sahiblik;
- Geniş xarici nümayəndəliklər və tərəfdaşlar şəbəkəsinin mövcudluğu;
- Xarici bazarlar və orada tətbiq olunan ticarət tənzimləmələri haqqında geniş biliklərə malik olmağımız;
- Zəngin və uzun illərə söykənən fəaliyyət təcrübəmiz;
- Müasir korporativ idarəolunma.
Strateji baxış
İqtisadiyyatda qeyri-neft sektorunu əsas prioritetə çevirmək, ÜDM-də qeyri-neft sektorunun payının artırılmasına nail olmaq, “Made in Azerbaijan” milli brendi ilə məhsulların ixrac həcmini artırmaq, əlverişli biznes mühitini hərtərəfli təmin edən dövlət dəstəyi fondunda sahibkarlığın inkişafı, özəl bölmənin müxtəlif sahələrinə xarici investisiyaların cəlbidir.