AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Export.az

Son onilliklər ərzində dünya ticarəti sürətlə inkişaf etmişdir. İnkişafa səbəb olan ən önəmli faktorlardan biri ixrac sahəsində əhəmiyyətli dərəcədə tarif ixtisarları ilə nəticələnmiş çoxtərəfli ticarət danışıqlarıdır.

Azərbaycan xarici ticarəti genişləndirmək məqsədilə dünyanın müxtəlif ölkələri ilə ticarət sazişləri imzalamışdır. Azərbaycanın Xarici Ticarət Siyasəti həmişə əsas prioritet kimi ölkənin beynəlxalq ticarətdə rolunun artırılmasına yönəldilmişdir.

 

Müvafiq olaraq, hökumət digər ölkələr ilə ixrac və idxal münasibətlərini inkişaf etdirmək və uyğun prosedurları asanlaşdırmaq, Azərbaycanın ticarət potensialını daha da artırmaq üçün müxtəlif addımlar atır. Ticarət Portalı da Azərbaycan Respublikasının bu strategiyanın tərkib hissəsi kimi xarici ticarət fəaliyyətinin inkişafını təmin etmək üçün nəzərdə tutulub.